00:00:00
Yazar
Güllər Gülhüseynova
24.06.2026 19:39 24 2 dəq oxuma
Siyasət

ABŞ İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir

ABŞ İran və Livanla birgə qrupun yaradılması üzrə hazırlıqları davam etdirir

ABŞ İsveçrədə əldə olunan razılaşmaların icrasını davam etdirəcək. Bu çərçivədə Livan və İranla birlikdə atəşkəsə nəzarət üçün birgə qrupun yaradılması planlaşdırılır. Livan Prezidenti Cozef Aun ABŞ rəsmilərinə göstərilən dəstəyə görə təşəkkür edib. Bu gün isə Vaşinqtonda İsrail-Livan danışıqlarının beşinci raundu başlayıb və iyunun 25-dək davam edəcək.


Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Əsas məqsəd Livanda təhlükəsizliyin və sabitliyin təmin olunması, bunun üçün isə İranın təsirinin məhdudlaşdırılması və İsrail qoşunlarının bölgədən çıxarılmasıdır:


“Bölgə qrupunun regional sabitliyə təsiri hələ də müzakirə mövzusudur. Bununla belə, birbaşa təmasların qurulması vacib hesab olunur ki, mümkün insidentlərin qarşısı alınsın. Müzakirə olunan əsas məsələlərdən biri də İranın bölgədəki roludur. Tehran Hizbullah üzərində təsir rıçaqlarını qorumaq məqsədilə bölgədə mövcudluğunu davam etdirməyə çalışır. Eyni zamanda, ikitərəfli və ya çoxtərəfli qarşıdurmaların yaranmaması üçün Pakistan və Qətərin də daxil olduğu beynəlxalq təminat mexanizminin yaradılması nəzərdən keçirilir. Hazırda əsas gözlənti təhlükəsizliyin təmin olunması və qarşıdurmaların faktiki olaraq dayandırılmasıdır. Bununla yanaşı, Livanın suverenliyinin bərpası məsələsi də gündəmdədir. Bu prosesin əsas şərtlərindən biri İranın təsir imkanlarının azalması kimi qiymətləndirilir. Paralel olaraq İsrail qoşunlarının bölgədən çıxarılması da müzakirə olunur”.


Politoloq qeyd edib ki, Hizbullahın silahlarının Livan dövlətinin nəzarətinə verilməsi müzakirə olunsa da, bu planın həyata keçməsi hələ də qeyri-müəyyəndir:


“Digər tərəfdən, Hizbullahın Livan dövləti tərəfindən nəzarət altına alınması, Litani çayının cənubundakı ərazilərin silahsızlaşdırılması və həmin silahların Livan dövlətinin nəzarətinə verilməsi variantları da nəzərdən keçirilir. Lakin bütün bunların reallaşıb-reallaşmayacağı hələlik sual altındadır. Risklər kifayət qədər böyükdür. İsrail müəyyən epizodik hərbi əməliyyatları davam etdirir, Hizbullah isə buna cavab vermək niyyətindən geri çəkilmədiyini bildirir”.


Aydan Əsgərxanlı

#ABŞ #İran #İsveçrə #Livan #siyasət #danışıqlar #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər