ABŞ İrana planlaşdırılan hücumlar barədə ərəb müttəfiqlərini əvvəlcədən xəbərdar edib
ABŞ-nin Yaxın Şərqdəki bir neçə müttəfiqi İrana qarşı hazırlanan zərbələr barədə hərbi kanallar vasitəsilə xəbərdarlıq alıb.
"İnformator.az" xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, bəzi ölkələrə ABŞ Prezidenti Donald Tramp administrasiyasının yüksək rütbəli nümayəndələri şəxsən zəng ediblər.
Əvvəllər bir sıra regional dövlətlər Tramp administrasiyasını zərbələr endirməkdən çəkindirmək üçün aktiv səylər göstərsələr də, bəzi ölkələr, o cümlədən Səudiyyə Ərəbistanı və BƏƏ əksinə, əməliyyatın keçirilməsinin tərəfdarı kimi çıxış ediblər.