00:00:00
Yazar
Güllər Gülhüseynova
16.05.2026 09:54 24 1 dəq oxuma
Dünya

ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır

ABŞ İrana qarşı intensiv hücumları bərpa etməyə hazırlaşır

ABŞ Prezidenti Donald Trampın administrasiyası diplomatik səylər danışıqlarda irəliləyişə səbəb olmayacağı halda, İrana hərbi zərbələrin bərpa olunması ssenariləri üzərində işləyir.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "The New York Times" (NYT) amerikalı rəsmilərə istinadən məlumat yayıb.

 

Nəşrin məlumatına görə, Trampın məsləhətçiləri artıq zərbələrin ehtimal olunan bərpası, o cümlədən eskalasiya halında daha irimiqyaslı bombardman planlarını hazırlayıblar. Bununla belə, mənbələr qeyd ediblər ki, ABŞ Prezidenti hələ yekun qərar qəbul etməyib. Paralel olaraq, bir sıra ölkələr Tehranı Hörmüz boğazını yenidən açmağa sövq edəcək və Ağ Evə əməliyyatın siyasi uğuru barədə bəyanat verməyə imkan yaradacaq kompromis hazırlamağa çalışır.

 

Tramp jurnalistlərə bildirib ki, İranın son sülh təklifi qəbuledilməzdir və ABŞ-nin maraqlarına uyğun gəlməyən təşəbbüsləri müzakirə etməyə hazır deyil.

 

NYT-nin yazdığına görə, hərbi planlara bir neçə variant daxildir: İranın hərbi infrastrukturuna genişləndirilmiş aviazərbələrdən tutmuş, yeraltı nüvə obyektlərinə qarşı xüsusi təyinatlı qüvvələrin ehtimal olunan istifadəsinə qədər. Regionda artıq on minlərlə ABŞ hərbçisi, aviadaşıyıcı qruplar və hazır vəziyyətdə olan döyüş təyyarələri cəmləşdirilib.

İran tərəfi isə, öz növbəsində, cavab tədbirlərinə hazır olduğunu bildirir və istənilən yeni təcavüzə "qətiyyətli reaksiya" veriləcəyi barədə xəbərdarlıq edir.

#intensiv #baki #azərbaycan #etməyə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər