00:00:00
Yazar
Ayşən Səlimova
10.03.2026 19:57 20 2 dəq oxuma
Dünya

ABŞ İrana qoşun göndərməyi planlaşdırmır

ABŞ İrana qoşun göndərməyi planlaşdırmır

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Vaşinqton İsfahandakı nüvə obyektlərini qorumaq üçün hələlik İrana qoşun göndərməyi düşünmür. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hər hansı qərar qəbul edilməyib.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında qeyd edib ki, Müstafa Xan Neyinin rəhbərliyi dövründə ABŞ-İran münasibətlərində gərginliyin davam edəcəyi gözlənilir:

 

“Müstafa Neyinin atasının siyasi xəttini davam etdirəcəyi ehtimal olunur. Müstafa Neyinin hakimiyyətə gəlişi birbaşa SEPAH-a yaxın çevrələrin dəstəyi ilə baş verib. Bu səbəbdən də əvvəlki dövrdə yürüdülən siyasətin müəyyən dərəcədə davam etdiriləcəyi istisna edilmir. ABŞ-İran münasibətləri İran üçün ciddi nəticələr doğurur. İran iqtisadiyyatı demək olar ki, ağır vəziyyətdədir, ölkənin infrastrukturu ciddi zərər görüb və rejimin əsas dayaqları zəifləyib. Eyni zamanda İran ideoloji baxımdan da böyük zərbə alıb və qonşu ölkələrlə münasibətləri xeyli pisləşib”.

 

Politoloq əlavə edib ki, istər ordu və hərbi elita daxilində, istərsə də dini çevrələrdə baş verən itkilər rejim üçün ciddi problemlər yaradır:

 

“ABŞ və İsrailin hücumları zamanı bəzi mühüm fiqurların öldürülməsi mövcud vəziyyəti daha da gərginləşdirib. İsfahandakı nüvə obyektlərinin qorunması məsələsinə toxunan müəyyən zərbələr endirilsə də, hazırda nüvə obyektləri ilə bağlı ciddi sızma müşahidə olunmur. ABŞ və İsrail əməliyyatlarını nüvə obyektlərində təhlükəli sızmalara səbəb olacaq səviyyədə genişləndirməyəcək. Yaxın gələcəkdə ABŞ-nin İrana quru qoşunları göndərməsi gündəmdə deyil və bu məsələ hazırda müzakirə olunan əsas mövzulardan sayılmır”.

 

Mələk Hüseynova

#azərbaycan #xəbər #gündəm #göndərməyi #planlaşdırmır
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər