ABŞ İrana xəbərdarlıq edib
ABŞ nümayəndələri cümə axşamı BMT Təhlükəsizlik Şurasına bildiriblər ki, Tehran ölkə üzrə davam edən etiraz aksiyalarında etirazçılara qarşı ölümcül güc tətbiq etməyə davam edərsə, Prezident Donald Tramp hərbi müdaxiləyə hazırdır.
Birləşmiş Ştatlar cümə axşamı İranla bağlı keçirilən fövqəladə Təhlükəsizlik Şurası iclasında hər iki ölkənin nümayəndələrinin üz-üzə gəldiyi vaxt Tehrana “bütün variantların masada olduğu” barədə xəbərdarlıq edib.
ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts bildirib ki, İran hakimiyyəti iğtişaşları yatırmaq üçün ölümcül gücdən istifadə etməyə davam edərsə, Prezident Donald Tramp Tehrana qarşı hərbi müdaxiləyə hazırdır.
“Əziz həmkarlar, açıq deyim: Prezident Tramp hərəkət adamıdır, Birləşmiş Millətlər Təşkilatında gördüyümüz kimi sonsuz müzakirələrin tərəfdarı deyil”,- deyə Mayk Uolts Şuraya bildirib.
“O, qırğını dayandırmaq üçün bütün variantların masada olduğunu açıq şəkildə bəyan edib. Bunu İran rejiminin rəhbərliyindən yaxşı bilən olmamalıdır”.
Uoltsun bu açıqlamaları, etirazçılarının ölümü ilə bağlı ABŞ-nin mümkün cavab tədbirləri ehtimalının hələ də bölgə üzərində kölgə saldığı bir vaxtda səsləndirilib. Bununla yanaşı, Tramp gərginliyin azala biləcəyinə də işarə edərək, qətllərin guya dayanmaq üzrə olduğunu bildirib.
Euronews
Zəri Bayramlı
