00:00:00
Yazar
Ayan Sadi
01.09.2026 23:49 117 1 dəq oxuma
Gündəm

ABŞ İrana yenidən zərbələr endirməyə başlayıb: Güclü partlayış səsləri eşidilir

 

ABŞ İrana yenidən zərbələr endirməyə başlayıb: Güclü partlayış səsləri eşidilir

 

ABŞ və İran arasında müharibə yenidən alovlanıb. ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) ABŞ-a məxsus döyüş təyyarələrinin Bəndər-Abbas limanında və Hörmüz boğazında İrana məxsus hədəflərə zərbələr endirdiyini açıqlayıb.

 

ABŞ Prezidenti Donald Tramp ötən gecə Ağ Evdə çıxışı zamanı İrana qarşı hərbi əməliyyat keçirəcəklərini açıqlamışdı.

 

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İranda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) mövqelərinə zərbələr endirməyə başladıqlarını bildirib.

 

CENTCOM-un ABŞ-ın “X” sosial media platformasındakı hesabında bununla bağlı açıqlama yayılıb.

 

Açıqlamada bildirilib ki, İranın Hörmüz boğazında ticarət gəmilərinə və bölgədəki ABŞ hərbçilərinə “hücum cəhdləri” ilə əlaqədar SEPAH-a məxsus hədəflərə qarşı əməliyyata başlanılıb.

 

ABŞ Prezidenti hücumlarla bağlı ilk açıqlamasında deyib:

 

“ABŞ Hörmüz boğazı yaxınlığındakı İran hədəflərinə zərbələr endirir. Hücumlar böyük və güclüdür. İran cavab verməyə cəhd edərsə, daha sərt və daha genişmiqyaslı şəkildə yenidən zərbə endirəcəyik”.

 

ABŞ-ın hücum təhdidindən sonra İran mediası Hörmüz boğazındakı Kiş adası ətrafında 5-dən çox partlayış səsinin eşidildiyini bildirmişdi.

 

Digər tərəfdən, “Fars” və “Tasnim” xəbər agentlikləri Bəndər-Abbas, Sirik, Çabahar və Konarak şəhərlərində də partlayış səslərinin eşidildiyini açıqlayıb.

 

Sözügedən partlayışlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.

 

İran İslam İnqilabı Keşikçiləri Korpusu isə “ABŞ yeni hücumlarından peşman olacaq, onları ağır cəza gözləyir” açıqlamasını yayıb.

 

Mənhə: HABER GLOBAL

#abş #partlayış #güclü #başlayıb: #səsləri
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər