ABŞ İrandakı hadisələrə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir
ABŞ İrandakı hadisələrə hansısa formada, o cümədən güc tətbiq etməklə cavab vermək imkanını ciddi şəkildə nəzərdən keçirir.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp həftəsonunu keçirdiyi Mar-a-Laqo malikanəsindən (Florida ştatı) Vaşinqtona qayıdarkən təyyarəsinin göyərtəsində jurnalistlərlə söhbəti zamanı deyib.
İrandakı hadisələrə, o cümlədən hərbi vasitələrdən istifadə etməklə cavab verilməsi imkanının ciddi şəkildə nəzərdən keçirilib-keçirilmədiyi barədə suala o: "Biz belə bir imkanı nəzərdən keçiririk", - deyə cavab verib.
