ABŞ İranı vurarsa nə baş verə bilər? Yeddi ssenari
ABŞ-nin hava və dəniz qüvvələri İranın İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) və SEPAH-ın nəzarətində olan paramilitar qurum - Bəsic birliyinə aid hərbi bazalara, ballistik raketlərin buraxılış və saxlanma məntəqələrinə, həmçinin İranın nüvə proqramına qarşı məhdud və dəqiq zərbələr endirir.
Onsuz da zəiflədilmiş rejim devrilir və zamanla İranın yenidən dünya birliyinə qoşula biləcəyi, həqiqi demokratiyaya keçid baş verir. Bu, olduqca optimist bir ssenaridir. Qərbin İraq və Liviyada həyata keçirdiyi hərbi müdaxilələr demokratiyaya problemsiz keçid gətirməyib. Hər iki halda qəddar diktaturalar sona çatsa da, bunun ardınca illərlə davam edən xaos və qan tökülməsi yaşanıb. 2024-cü ildə Qərbin hərbi dəstəyi olmadan öz inqilabını həyata keçirərək Prezident Bəşər Əsədi devirən Suriya isə indiyədək nisbətən daha yaxşı vəziyyətdədir.
BBC News
Cavahir Əsgərbəyli
