00:00:00
Yazar
Admin User
30.01.2026 16:19 50 1 dəq oxuma
Dünya

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ İranın daxili işlər nazirinə qarşı sanksiya tətbiq edib

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsi (OFAC) İranın daxili işlər naziri İskəndər Momeni və ölkənin bir sıra digər məmurlarına qarşı yeni sanksiyaların tətbiq edildiyini bildirib.


"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyi məlumat yayıb.

 

Sanksiya siyahısına həmçinin iranlı investor Babək Zəncani də daxil edilib. Nazirlik qeyd edib ki, həbsxanadan azad olduqdan sonra o, İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) və dövlət qurumlarının fəaliyyətini dəstəkləyən layihələri maliyyələşdirib.


Bundan əlavə, OFAC Zəncani ilə əlaqəli iki kriptovalyuta birjasını sanksiya siyahısına daxil edib. İddiaya görə, bunlar vasitəsilə SEPAH-ın ehtiyacları üçün böyük miqdarda vəsait axını həyata keçirilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər