00:00:00
Yazar
Güllər Gülhüseynova
06.06.2026 09:51 26 1 dəq oxuma
Dünya

ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub

ABŞ İranın Küveyt və Bəhreynə atdığı raketləri vurub

ABŞ ordusu İranın Küveyt və Bəhreynə atdığı bir neçə ballistik raketi vurub.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

"İran, CENTCOM-un Hörmüz boğazına doğru atılan dörd İran dronunu vurmasından bir neçə saat sonra Küveyt və Bəhreynə yeddi ballistik raket atıb. İlkin hesablamalara görə, İran tərəfindən buraxılan raketlərdən altısı ələ keçirilib, yeddinci isə hədəfinə çatmayıb", - deyə komandanlığın açıqlamasında bildirilib.

Komandanlıq qeyd edib ki, Amerika hərbçiləri arasında itkilər barədə məlumat yoxdur və ABŞ Hərbi Dəniz Qüvvələrinin Bəhreyndə yerləşən Beşinci Donanmasının qərargahına heç bir ziyan dəyməyib

#raketləri #gündəm #i̇ranın #xəbər #bəhreynə
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər