ABŞ İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək
Tehran nüvə silahı əldə etməyə cəhd göstərə bilər, amma Vaşinqton buna imkan verməyəcək.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin Milli Müdafiə Strategiyasının yeni redaktəsində bildirilir.
"ABŞ Prezidenti Donald Tramp dəfələrlə İranın nüvə silahı əldə etməsinə imkan verilməyəcəyini açıq şəkildə bildirib. İran liderləri yenidən nüvə silahı əldə etməyə cəhd etmə imkanını açıq qoyublar", - Pentaqon tərəfindən dərc edilən sənəddə deyilir.
