ABŞ İranın silah tədarük şəbəkəsinə qarşı yeni sanksiyalar elan edib
ABŞ hökuməti İran ordusu və SEPAH üçün silah tədarükünü dəstəklədikləri iddiası ilə 11 şəxs və quruma qarşı yeni sanksiyalar tətbiq edib. ABŞ Maliyyə Nazirliyinin açıqlamasına görə, sanksiyaya məruz qalanların əksəriyyəti Çin və Hong Kong mənşəli şirkət və şəxslərdir.
Bundan əlavə, ABŞ İranın gizli bank şəbəkəsində fəaliyyət göstərdiyi bildirilən Honq-Konqda yerləşən bir şirkəti də sanksiya siyahısına daxil edib. ABŞ Dövlət Departamenti isə İran və Belarus ilə əlaqəli iki şirkət və bir sıra şəxslərə qarşı İranın ənənəvi silah fəaliyyəti ilə bağlı əlavə məhdudiyyətlər tətbiq edib.
Reuters
Ədilə Hüseynzadə