ABŞ İranla ticarət edən ölkələrə 25% gömrük rüsumu tətbiq edəcək
ABŞ Prezidenti Donald Tramp İranla işgüzar əlaqələr quran ölkələrin ABŞ-lə ticarətdə 25 faizlik gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
Tramp məsələ ilə bağlı sosial media hesabında açıqlama verib. Tramp İranla işgüzar əlaqələr quran ölkələrin ABŞ-lə ticarətdə 25 faizlik tarif ödəyəcəyini bildirib və qərarın dərhal qüvvəyə mindiyini əlavə edib. Tramp bu qərarın qəti olduğunu vurğulayıb.
TRT XƏBƏR
Ləman Mahmudlu
