00:00:00
Yazar
Admin User
30.12.2025 05:23 79 1 dəq oxuma
Dünya

ABŞ İsrailə "F-15" tədarükü ilə bağlı "Boeing" şirkəti ilə müqavilə imzalayıb

ABŞ İsrailə "F-15" tədarükü ilə bağlı "Boeing" şirkəti ilə müqavilə imzalayıb

ABŞ Müharibə Nazirliyi Amerika korporasiyası "Boeing" ilə İsrail Hərbi Hava Qüvvələri üçün "F-15" qırıcılarının tədarükünə dair 8,57 milyard dollarlıq müqavilə imzalayıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pentaqonun saytında dərc olunan açıqlamada bildirilir.

 

Sənədə əsasən, müqavilə 25 yeni "F-15IA" qırıcısının hazırlanmasını, inteqrasiyasını, avadanlıqların quraşdırılmasını, sınaqlarını, istehsalını və İsrail Hərbi Hava Qüvvələrinə təhvil verilməsini nəzərdə tutur. Razılaşma həmçinin əlavə 25 təyyarənin tədarükünü artırmaq seçimini də əhatə edir.

 

Pentaqonda gözlənilir ki, "Boeing" müqavilə üzrə öhdəliklərini 2035-ci ilin sonuna qədər yerinə yetirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər