ABŞ İsrail və Suriya arasında təhlükəsizlik sazişi təklif edib
ABŞ İsrail və Suriya arasında sərhəd boyunca birgə iqtisadi zonanın yaradılmasını nəzərdə tutan təhlükəsizlik sazişi təklif edib. Axiosun məlumatına görə, təşəbbüs İsrail-Suriya sərhədində təhlükəsizlik vəziyyətinin sabitləşdirilməsinə və iki ölkə arasında dialoqun genişlənməsinə yönəlib.
Təklif Parisdə keçirilən ABŞ-nin vasitəçiliyi ilə baş tutan danışıqlar zamanı irəli sürülüb. Tərəflər danışıqların sürətləndirilməsi və etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi barədə razılığa gəliblər.
ABŞ həmçinin İordaniyanın paytaxtı Əmmanda təhlükəsizlik vəziyyətinə nəzarət edəcək birgə koordinasiya mərkəzinin yaradılmasını təklif edib.
ANEWZ
Güllər Gülhüseynova
