00:00:00
Yazar
Güllər Gülhüseynova
16.02.2026 09:28 10 1 dəq oxuma
Dünya

ABŞ İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır

ABŞ İsrailin İrana mümkün zərbələrini dəstəkləməyə hazırdır

Tehranla nüvə proqramı ilə bağlı danışıqlar uğursuz olarsa, ABŞ administrasiyası İsrailə İrana zərbələri dəstəkləyəcəyinə zəmanət verib.

 

"İnformator.az" xənbər verir ki, bu barədə "CBS News" mənbələrə istinadən xəbər verib.

 

Məlumata görə, ABŞ Prezidenti Donald Tramp bu mövqeyi 2025-ci il dekabrın sonlarında Florida ştatındakı Mar-a-Laqo iqamətgahında İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşündə bildirib.

 

Teleşirkət bildirib ki, Pentaqon və ABŞ kəşfiyyatının yüksək vəzifəli rəsmiləri İsrailin İrana qarşı yeni zərbələrini dəstəkləmək imkanlarını müzakirə edirlər.

 

ABŞ administrasiyası daxilində müzakirə əsasən İsrail təyyarələrini yanacaqla doldurmaq və onların üçüncü tərəf ölkələri üzərindən uçması üçün icazə almaq da daxil olmaqla, ABŞ-nin necə kömək edə biləcəyi mövzusuna yönəlib.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər