00:00:00
Yazar
Nigar Həsənzadə
05.07.2026 22:16 24 1 dəq oxuma
Dünya

ABŞ itkin düşən hərbçinin axtarışlarını dayandırıb

ABŞ itkin düşən hərbçinin axtarışlarını dayandırıb

ABŞ Hərbi Dəniz Qüvvələri Ərəbistan dənizində helikopterin qəzaya uğramasından sonra itkin düşən hərbçinin axtarış-xilasetmə əməliyyatını dayandırıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ HDQ-nin məlumatında deyilir.

 

Məlumata görə, hərbçilər 102 saatdan artıq davam edən axtarışlar zamanı 36 min kvadratkilometrdən çox ərazini yoxlayıblar.

 

Qeyd edək ki, qəzaya uğrayan helikopter ABŞ-nin "Corc H.W. Buş" adlı aviadaşıyıcının tərkibində fəaliyyət göstərirdi. Qəza zamanı ekipajın dörd üzvündən üçü xilas edilib.

#dayandırıb #axtarışlarını #abş #düşən #hərbçinin
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər