00:00:00
Yazar
Güllər Gülhüseynova
09.09.2026 22:10 42 2 dəq oxuma
Dünya

ABŞ Kanadadan idxala yeni qadağalar qoyur: Ticarət müharibəsi kəskinləşir

ABŞ Kanadadan idxala yeni qadağalar qoyur: Ticarət müharibəsi kəskinləşir

Kanadanın Amerika mallarına tətbiq etdiyi cavab tariflərinin qüvvəyə minməsindən sonra ABŞ bu ölkədən spirtli içkilər, bəzi süd məhsulları və motosikletlər də daxil olmaqla bir sıra malların idxalını qadağan edəcəyini açıqlayıb.

 

ABŞ Prezidenti Donald Trampın çərşənbə akşamı imzaladığı fərmanlar silsiləsində Kanadanın ABŞ-yə qarşı "ayrı-seçkilik" etdiyi bildirilib. Qeyd olunan idxal qadağalarının sentyabrın 29-dan etibarən qüvvəyə minməsi nəzərdə tutulur. Hər iki tərəfin rəsmiləri yeni ticarət sazişi bağlamaq istədiklərini bildirsələr də, avqustun sonlarında danışıqlar iflasa uğradıqdan bəri tərəflər arasında yeni görüşlər təyin olunmayıb.
Kanadanın ticarət naziri Dominik LeBlan ABŞ-nin bu son addımlarını "əsassız" adlandıraraq, ölkənin işçilərini, ailələrini və biznesini qorumaq üçün çalışacağını vurğulayıb. "Əsas diqqətimiz nəzarət edə bildiyimiz məsələlərə yönəlib: ölkə daxilində güclənmək, xaricdə tərəfdaşlıqlarımızı şaxələndirmək və bütün kanadalılar üçün güclü Kanada qurmaq",- deyə LeBlan bildirib. O, həmçinin amerikalı həmkarı ilə əlaqə saxladığını və gərginliyi aradan qaldırmaq üçün "vicdanla" çalışacağına söz verdiyini qeyd edib. Bundan əvvəl Kanadanın Baş naziri Mark Karni yayımladığı videomüraciətdə ölkəsinin ən böyük ticarət tərəfdaşı olan ABŞ-dən uzaqlaşmasının "müəyyən itkilər hesabına baş gələcəyini" vurğulamışdı.
 

Ağ Evin yeni sanksiyaları müttəfiq olan bu iki ölkə arasında aylardır davam edən ticarət müharibəsinin son halqasıdır. Ümumilikdə Kanadanın ümumi ixracının üçdə ikisindən çoxu ABŞ-nin payına düşür. BMT-nin "Trading Economics" tərəfindən toplanmış məlumatlarına əsasən, 2025-ci ildə Kanadanın ABŞ-yə spirtli içki ixracı 687 milyon dollar (507 milyon funt sterling), süd məhsulları 269 milyon dollar, motosiklet ixracı isə 90 milyon dollar təşkil edib.


Bununla belə, "Capital Economics" şirkətinin Şimali Amerika üzrə baş iqtisadçısı Stiven Braun qeyd edib ki, tətbiq edilən bu idxal qadağası Kanadanın ABŞ-yə ixracının cəmi 0,25%-ni əhatə edir.


İqtisadçı əlavə edib: "Buna baxmayaraq, Trampın idxal qadağası tətbiq etmək əzmi bu son tədbirlərin gəlir əldə etməkdən daha çox iqtisadi zərər vurmaq məqsədi taşıdığının növbəti sübutudur".

 

Güllər Gülhüseynova

#azərbaycan #kəskinləşir #kanadadan #müharibəsi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər