00:00:00
Yazar
Admin User
07.02.2026 04:52 54 1 dəq oxuma
Dünya

ABŞ liderinin çinli həmkarı ilə görüşü baş tutmaya bilər

ABŞ liderinin çinli həmkarı ilə görüşü baş tutmaya bilər

ABŞ Tayvanla böyük bir silah müqaviləsi hazırlayır, Çin hakimiyyəti isə bunun ABŞ Prezidenti Donald Trampın aprel ayında ölkəyə səfərini təhlükəyə ata biləcəyi barədə xəbərdarlıq edib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "Financial Times" qəzeti məlumat yayıb.

 

"ABŞ Tayvana Patriot raketləri və digər silahların satışı ilə bağlı böyük bir müqavilə hazırlayır və Pekin bu barədə prezident Donald Trampın aprel ayında Çinə dövlət səfərini təhlükəyə ata biləcəyi barədə gizli şəkildə xəbərdarlıq edib", - deyə nəşr bildirib.

 

Qəzetin qeyd etdiyi kimi, Pekin Trampın aprel ayında Çin Xalq Respublikasının Sədri Si Cinpinlə planlaşdırılan görüşündən əvvəl bu planlarla bağlı ciddi narahatlıqlarını ifadə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər