ABŞ-nin İrana müdaxiləsi
İsrail ABŞ-nin İrana mümkün müdaxiləsi ilə bağlı yüksək hazırlıq vəziyyətindədir.
“İnformator.az” xəbər verir ki, bu barədə “Röyters” məlumat yayıb.
“Söhbətdən xəbərdar olan İsrail mənbəsinin verdiyi məlumata görə, şənbə günü keçirilən telefon danışığında İsrailin Baş naziri Benyamin Netanyahu və ABŞ Dövlət katibi Marko Rubio ABŞ-nin İrana müdaxiləsi ehtimalını müzakirə ediblər.
Mənbələr İsrailin döyüş hazırlığının artırılmasının praktikada nə demək olduğunu dəqiqləşdirməyiblər”, - məlumatda bildirilib.
Qeyd edək ki, son günlərdə ABŞ Prezidenti Donald Tramp dəfələrlə müdaxilə ilə hədələyib və İran liderlərini nümayişçilərə qarşı güc tətbiq etməmək barədə xəbərdar edib.
