00:00:00
Yazar
Güllər Gülhüseynova
05.11.2026 19:44 16 2 dəq oxuma
Siyasət

ABŞ-nin İrana qarşı sanksiyaları regionda gərginliyi artıra bilər

ABŞ-nin İrana qarşı sanksiyaları regionda gərginliyi artıra bilər

ABŞ prezidenti Donald Trampın İrana qarşı 1979-cu ildən qüvvədə olan sanksiyaları daha bir il uzatması Vaşinqton-Tehran münasibətlərində təzyiq siyasətinin davam etdirildiyini göstərir. Qərarın İranın iqtisadi vəziyyətinə, regional siyasətinə və Yaxın Şərqdəki geosiyasi proseslərə mümkün təsirləri diqqət çəkir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev sanksiyaların uzadılmasının İranın onsuz da mürəkkəb iqtisadi vəziyyətini daha da ağırlaşdıra biləcəyini bildirib:

 

"Xüsusilə neft ixracı, xarici investisiyalar, maliyyə əməliyyatları və milli valyutanın sabitliyi ilə bağlı problemlərin dərinləşməsi gözlənilir. Bu vəziyyət ölkə daxilində sosial narazılıqları artırmaqla yanaşı, İran rəhbərliyinin xarici siyasət seçimlərinə də təsir göstərə bilər. Regional müstəvidə isə qərar Yaxın Şərqdəki həssas geosiyasi vəziyyətin davam etməsinə şərait yarada bilər. ABŞ və İran arasında gərginliyin qorunması İsrailin təhlükəsizlik siyasətinə, Fars körfəzi ölkələrinin mövqeyinə və regiondakı qüvvələr balansına təsirsiz ötüşməyəcək. İranın regional təsir imkanlarını qorumaq cəhdləri də yeni siyasi qarşıdurma risklərini gündəmdə saxlaya bilər".

 

Politoloqun yanaşmasına görə, Tramp administrasiyasının bu addımı İranla münasibətlərdə hələlik güzəştə deyil, təzyiq strategiyasına üstünlük verildiyini göstərir:

 

"Bununla belə, sanksiyalar siyasi problemlərin həlli üçün təkbaşına kifayət etmir. Uzunmüddətli nəticə əldə etmək üçün iqtisadi təzyiqlərlə yanaşı, real diplomatik mexanizmlərin də işə salınması vacibdir. Əks halda, tərəflər arasında qarşılıqlı etimadsızlıq daha da dərinləşə və Yaxın Şərqdə yeni gərginlik ocaqları yarana bilər".

 

Fatimə Hüseynova

#regionda #bilər #qarşı #baki #artıra
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər