00:00:00
Yazar
Səadət Əlizadə
05.11.2026 19:40 19 2 dəq oxuma
Siyasət

ABŞ seçkilərindən sonra Ukraynada müharibə daha da şiddətlənə bilər – Putinin planı nədir?

ABŞ seçkilərindən sonra Ukraynada müharibə daha da şiddətlənə bilər – Putinin planı nədir?

Rusiyanın ABŞ-dəki aralıq seçkilərdən sonra Ukraynaya hücumların intensivliyini artırmağı planlaşdırdığı bildirilir. Moskvanın Tramp administrasiyasının Kiyevi güzəştlərə məcbur edə biləcəyinə inamının azalması müharibənin gələcək gedişi ilə bağlı suallar yaradır.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bilidirib ki, Tramp administrasiyasının daxili və xarici siyasi problemlər səbəbindən Ukrayna məsələsində fəallığının zəifləməsi Rusiyanın hərbi təzyiqini artırmasına şərait yarada bilər.

 

"Seçkidən sonra Tramp administrasiyasının Ukrayna məsələsində fəallığı xeyli zəifləyəcək. Rusiyada da anlayırlar ki, Vaşinqton əvvəlki kimi Moskvanın maraqlarına uyğun siyasət yürütmək imkanında olmayacaq. Bu vəziyyətdən istifadə edən Rusiya Ukraynaya qarşı hərbi zərbələri intensivləşdirə bilər".

 

Onun fikrincə, Rusiya Ukraynaya qarşı hərbi əməliyyatları intensivləşdirə, Ukrayna isə buna cavab verməyə çalışa bilər:

 

"Rusiyanın hərbi əməliyyatları intensivləşdirməsi Ukraynanın vəziyyətini daha da çətinləşdirə bilər. Ekspertin yanaşmasına görə, Moskva hərbi təzyiqi artırmaqla yanaşı, Ukraynanın cavab imkanlarını da nəzərə almalıdır. Bu səbəbdən müharibənin hərbi müstəvidə daha da şiddətlənməsi ehtimalı var".


Sonda o bildirib ki, Trampın mövqeyinin zəifləməsi Avropanın Ukrayna məsələsində fəallaşmasına, Rusiyanın isə Avropa ölkələri ilə diplomatik təmaslara yönəlməsinə səbəb ola bilər:

 

"Tramp administrasiyasının zəifləməsi Avropa ölkələrinin Ukrayna məsələsində daha fəal mövqe tutmasına səbəb olacaq. Rusiya da bu reallığı nəzərə alaraq Avropa dövlətləri ilə diplomatik təmaslar qurmağa və danışıqlara meyillənə bilər. Beləliklə, müharibənin gələcək gedişi həm hərbi əməliyyatlardan, həm də Avropa ilə diplomatik münasibətlərdən asılı olacaq".

 

Fatimə İbrahimova

#abş #bilər #gündəm #seçkilərindən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər