ABŞ-nin Maduroya qarşı əməliyyatı
Gecənin bir vaxtı fəaliyyətdə olan bir prezidenti paytaxtından zorla aparmaq açıq və sərt güc nümayişi kimi dəyərləndirilir.
ABŞ Prezidenti Donald Trampın cəmi 74 sözlük sosial media paylaşımı bu addımın qəfil, riskli və beynəlxalq hüquqa zidd ola biləcəyini göstərir. Venesuela Prezidenti Nikolas Maduronun və həyat yoldaşının Karakasdan aparılması ABŞ-nin “qaçaq” saydığı fiqurlara qarşı sərt yanaşmasına uyğun gəlsə də onun hazırkı dövlət başçısı olması əməliyyata açıq siyasi məna verir. Məqalədə qeyd olunur ki, ABŞ uzun illərdir Venesueladakı solmeylli və avtoritar rejimi dəyişməyə çalışır. Tramp administrasiyası Maduronun narkotik ticarəti şəbəkəsinin əsas fiquru olduğunu iddia etsə də bu arqumentlər kifayət qədər güclü sübutlarla təsdiqlənmir. Vaşinqtonun bu addımı Latın Amerikasında təsir dairəsini genişləndirməyə yönəlmiş daha geniş siyasi strategiyanın bir hissəsi kimi qiymətləndirilir və regionda hansı nəticələr doğuracağı hələ də qeyri-müəyyəndir.
Cnn News
Ədilə Hüseynzadə
