ABŞ-nin müxtəlif ştat və şəhərləri Azərbaycanın Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar
ABŞ-nin müxtəlif ştat və şəhərləri, o cümlədən Hyuston, Vaşinqton, Oyl-Siti, Hallandeyl-Biç, Mayami şəhərləri, Merilend ştatı və Nyu-York Ştat Assambleyası 28 May - Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar.
"İnformator.az" "AZƏRTAC" -a istinadən xəbər verir ki, sənədlərdə Azərbaycanın 1918-ci ildə Şərqdə və müsəlman dünyasında ilk demokratik parlament respublikası qurduğu bildirilib.
Qadınlara səsvermə hüququnun erkən verilməsi, demokratik dəyərlər və parlamentçilik ənənələri xüsusi qeyd olunur. Bəyannamələrdə, həmçinin ABŞ ilə Azərbaycan arasında diplomatik, strateji, enerji, mədəni və təhsil sahələrində əməkdaşlıq, ABŞ-də yaşayan azərbaycanlı icmasının yerli cəmiyyətə verdiyi töhfələr vurğulanıb.