00:00:00
Yazar
Admin User
04.01.2026 16:33 65 1 dəq oxuma
Dünya

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi Ağ Evin qarşısında etiraz edilib

ABŞ-nin Venesuelaya hərbi müdaxiləsi Ağ Evin qarşısında etiraz edilib

Ağ Evin qarşısında ABŞ Prezidenti Donald Tramp administrasiyasının Venesuelaya hərbi müdaxiləsinə və Venesuela Prezidenti Nikolas Maduronun həbsinə etiraz olaraq nümayiş keçirilib.

Bir çox etirazçı ABŞ-nin Venesuelaya hərbi müdaxiləsini qınamaq üçün Ağ Evin qarşısına toplaşıb. Etirazçılar əllərində "Neft üçün qan tökülməsin", "Bu müharibə qanunsuzdur", "ABŞ Latın Amerikasından əl çəksin" və "Konqres, Trampın müharibəsini dayandır" yazılı plakatlar daşıyıbar. Partlayışlardan sonra Venesuela hökuməti ABŞ-ni ölkənin müxtəlif yerlərində mülki və hərbi obyektlərə hücum etməkdə günahlandırıb.
ABŞ Prezidenti Donald Tramp Venesuela Prezidenti Nikolas Maduroya qarşı genişmiqyaslı hücumun həyata keçirildiyini və Maduro ilə həyat yoldaşının ölkədən çıxarıldığını açıqlayıb.

ABŞ-nin Baş prokuroru Pam Bondi həmçinin ABŞ-də Maduro və həyat yoldaşı Siliya Floresə qarşı ittihamların irəli sürüldüyünü və Maduronun "narkotik terrorizmi, kokain qaçaqmalçılığı və ABŞ-yə qarşı pulemyot və təxribat qurğuları saxlamaq" ittihamları ilə üzləşdiyini açıqlayıb.


TRT Xəbər
Xədicə Məhərrəmli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər