ABŞ-nin vitse-prezidenti Tiflisə niyə səfər etməyəcək?
ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin bölgəyə səfərinə Gürcüstanın daxil edilməməsi məntiqlidir. Səfər birbaşa Zəngəzur məsələsinə həsr olunduğu üçün amerikalı rəsmi əsas diqqəti Ermənistan və Azərbaycana yönəldəcək.
"İnformator.az" xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
Kobaxidze həmçinin Gürcüstan–ABŞ münasibətlərinin hazırkı vəziyyətini şərh edərək qeyd edib: “Hamıya məlumdur, onların hansı vəziyyətdə olduğu”.
O, münasibətlərin soyumasına görə məsuliyyəti ABŞ-nin əvvəlki administrasiyasının üzərinə atıb və Vaşinqton tərəfindən müvafiq addımlar atılacağı təqdirdə Gürcüstanın strateji əməkdaşlıq üçün “yeni başlanğıca” hazır olduğunu vurğulayıb.
Qeyd edək ki, ABŞ-nin vitse-prezidenti Ceyms Di Vensin Azərbaycan və Ermənistana səfəri fevral ayında gözlənilir.
