00:00:00
Yazar
Admin User
20.08.2025 10:23 68 1 dəq oxuma
Yoxdur

ABŞ nəşri Zəngəzur məsələsi barədə: Uduzan bu ölkə olub

ABŞ nəşri Zəngəzur məsələsi barədə: Uduzan bu ölkə olub

SSRİ-nin dağılmasından bəri andlı düşmən olan iki keçmiş sovet respublikası – Azərbaycan və Ermənistan gözlənilmədən barışmaq ərəfəsindədir.

 

"İnformator.az" "Teleqraf"a istinadən  xəbər verir ki, bu barədə “The Washington Diplomat” yazıb.

 

ABŞ nəşri bildirib ki, iki ölkə uzun sürən müharibədən sonra qan tökülməsinə birdəfəlik son qoymaq qərarına gəlib:

“Həm Ermənistan, həm də Azərbaycan daha işıqlı gələcək naminə keçmiş faciələrinə göz yummağa hazır görünür”.

 

Mənbə avqustun 8-də Ağ Evdə ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüşə də diqqət çəkib.

 

Məqalədə qeyd edilib ki, həmin gün Ağ Evdə əldə edilmiş razılaşmanın mərkəzində əvvəllər Zəngəzur dəhlizi kimi tanınan “Beynəlxalq Sülh və Rifah üçün Tramp Marşrutu” (TRIPP) dayanır:

 

“Bu ticarət dəhlizi Azərbaycanı öz eksklavı, Ermənistan ərazisinin bir hissəsi ilə ayrılmış Naxçıvanla birləşdirmək məqsədi daşıyır. Burada ABŞ şirkətləri tərəfindən dəmir yolu və kommunikasiya xətləri, eləcə də neft-qaz kəmərləri də çəkiləcək”.

 

Nəşrin fikrincə, bu dəhliz dəhliz təkcə Azərbaycanı öz eksklavı ilə deyil, bütün Asiyanı Avropa ilə birləşdirəcək:


“Forbes”ə görə, TRIPP Mərkəzi Asiyadan Qafqaza, Türkiyə və onun hüdudlarından kənara bir yol açacaq, köhnə İpək Yolunu effektiv şəkildə canlandıracaq, yəni həm Rusiyadan, həm də İrandan yan keçəcək”.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər