00:00:00
Yazar
Səmayə Səftərova
04.11.2026 20:47 13 1 dəq oxuma
Siyasət

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson respublikaçıların lideri vəzifəsindən gedəcək

ABŞ Nümayəndələr Palatasının spikeri Mayk Conson əməkdaşlarına bildirib ki, Konqresin yeni tərkibində respublikaçılar fraksiyasına rəhbərlik etməyəcək.

 

 "İnformator.az"  "Sky News"a istinadən xəbər verir ki, bu barədə mənbələr bildirib.

 

Telekanalın məlumatına görə, yanvar ayında demokratlar Nümayəndələr Palatasına nəzarəti ələ keçirdikdən sonra respublikaçı azlığının lideri vəzifəsi partiyanın bu palatadakı ən yüksək rəhbər postu olacaq. Conson həmçinin bildirib ki, bu gün daha əvvəl ABŞ Prezidenti Donald Trampla danışıb. Respublikaçılar azlıq lideri vəzifəsinə namizədi seçmək üçün noyabrın 10-da partiyadaxili səsvermə keçirməyi planlaşdırırlar.

#ABŞ #Nümayəndələr Palatası #Mayk Conson
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər