00:00:00
Yazar
Admin User
29.01.2026 18:01 48 1 dəq oxuma
Dünya

ABŞ olmadan Avropanın özünü müdafiə edəcəyi düşüncəsi xəyaldır

ABŞ olmadan Avropanın özünü müdafiə edəcəyi düşüncəsi xəyaldır

NATO-nun baş katibi Mark Rutte Avropaya xəbərdarlıq edərək bildirib ki, ABŞ-nin dəstəyi olmadan özünü müdafiə edə biləcəyini düşünənlər “xəyal qurmağa davam edə bilər”.

 

O, bazar ertəsi Brüsseldə Avropa Parlamentində çıxışı zamanı deyib: “Əgər burada kimsə Avropa İttifaqının və ya ümumilikdə Avropanın ABŞ olmadan özünü qoruya biləcəyini yenidən düşünürsə, xəyal qurmağa davam etsin. Bu mümkün deyil. Biz bacarmarıq. Bir-birimizə ehtiyacımız var”.

 

Rutte həmçinin Avropa ölkələrini xəbərdar edib ki, əgər “həqiqətən təkbaşına bunu etmək istəyirlərsə”, müdafiə xərclərini ÜDM-in 10%-nə qədər artırmalı olacaqlar. NATO rəhbəri əlavə edib ki, bu halda Avropa dövlətləri öz nüvə imkanlarını da formalaşdırmalı olacaqlar ki, bu da milyardlarla avro xərc tələb edəcək.

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər