00:00:00
Yazar
Zəri Bayramlı
10.06.2026 22:53 21 1 dəq oxuma
Dünya

ABŞ Oman körfəzində neft tankerinə atəş açıb

ABŞ Oman körfəzində neft tankerinə atəş açıb

ABŞ hərbçiləri iyunun 9-da dəniz blokadasını pozmağa cəhd etdiyi iddia olunan neft tankerinə qarşı atəş açıblar.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

 

“ABŞ Silahlı Qüvvələri iyunun 9-da Oman körfəzində neft tankerini hərəkətsiz vəziyyətə salıb. ABŞ-a məxsus hava vasitəsi gəmi heyəti Amerika hərbçilərinin göstərişlərinə dəfələrlə tabe olmadıqdan sonra yüksək dəqiqlikli sursatlardan istifadə edib”, - deyə CENTCOM-un X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib.

 

Komandanlıq qeyd edib ki, söhbət Palau bayrağı altında üzən Settebello tankerindən gedir.

#xəbər #oman #neft #körfəzində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər