00:00:00
Yazar
Zəri Bayramlı
11.06.2026 16:29 18 1 dəq oxuma
Dünya

ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb

ABŞ ordusu bu həftə İrana qarşı blokadanı yarmağa çalışan üçüncü tankeri sıradan çıxarıb

ABŞ ordusu Oman körfəzində İrana qarşı tətbiq edilən blokadanı pozduğu iddia edilən daha bir neft tankerinə zərbə endirərək onu sıradan çıxarıb. 
 

"İnformator.az"xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) “X” səhifəsində məlumat yayıb. 

 

Məlumata görə, bu, həftə ərzində ABŞ qüvvələrinin sıradan çıxardığı üçüncü kommersiya gəmisidir.

“ABŞ qüvvələri “M/T Jalveer” gəmisinə qarşı tədbir görüb. Gəmi Oman körfəzi vasitəsilə İrandan neft daşımağa cəhd edib”, - CENTCOM-dan bildirilib.

CENTCOM-un açıqlamasına görə, Qvineya-Bisau bayrağı altında üzən “Jalveer” tankerinin ekipajı ABŞ qüvvələrinin göstərişlərinə dəfələrlə əməl etməyib, bundan sonra ABŞ təyyarəsi gəminin mühərrik bölməsinə iki “Hellfire” raketi ilə zərbə endirib. 

Bundan əvvəl isə Palau bayrağı altında üzrən “Marivex” və “Settebello” tankerləri blokadanı pozduqları iddiası ilə sıradan çıxarılıb.

CENTCOM əlavə edib ki, aprelin 13-də blokadanın tətbiqindən sonra ABŞ qüvvələri tələblərə əməl etməyən 9 gəmini dayandırıb, qaydalara əməl edən 135 gəminin istiqamətini dəyişdirib və humanitar yardım daşıyan 42 gəminin keçidinə icazə verib.

#xəbər #üçüncü #qarşı #abş #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər