ABŞ Prezidenti Donald Tramp “gərginliyi azaltmağa” söz verib
ABŞ Prezidenti Donald Tramp deyib ki, administrasiyası Minnesotada federal miqrasiya agentləri vasitəsilə ölkə vətəndaşlarının ikinci ölümünə yol verildikdən sonra “bir qədər gərginliyi azaltmaq” niyyətindədir.
O, çərşənbə axşamı Fox Newsla müsahibədə bu hadisələri şərh edərək bildirib: “Əsas məsələ budur-bu çox pis idi. Hər ikisi də dəhşətli idi”.
Yanvarın əvvəlində Renee Good miqrasiya agenti vasitəsilə qətlə yetirilib, ardınca bu həftəsonu Alex Pretti sərhəd agentləri saxlayarkən öldürülüb.
Banu Məmmədova
BBC NEWS
