00:00:00
Yazar
Admin User
13.10.2025 17:40 97 3 dəq oxuma
Dünya

ABŞ Prezidenti Donald Trampın oktyabrın 13-də İsrailə səfər edəcək

ABŞ Prezidenti Donald Trampın oktyabrın 13-də İsrailə səfər edəcək

ABŞ Prezidenti İsrailə rəsmi səfər edəcək. Səfər zamanı regional təhlükəsizlik və ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunacaq.

 

Bu mövzu ilə bağlı politoloq Həşim Səhrablı “İnformator.az”a bildirib ki,Trampın Yaxın Şərqə səfəri, əlbəttə ki, baş verən hadisələr fonunda birmənalı şəkildə regional dəyişikliklərin ABŞ-nin bölgədəki maraqlarına uyğunlaşdırılmasına nəzarət etmək məqsədi daşıyan bir səfər kimi qiymətləndirilməlidir:

 

“Xüsusilə diqqət etsək, görərik ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Vaşinqton səfərindən və orada keçirilən ikitərəfli, eləcə də çoxtərəfli görüşlərdən sonra Yaxın Şərqdə axan qanın dayandırılması istiqamətində əməli addımlar atılmağa başlanıb. Bu da bir daha onu göstərir ki, hər nə qədər ABŞ Türkiyədən bütün sahələrdə üstün bir ölkə olsa da, artıq anlayır ki, Türkiyəsiz bölgədə hər hansı dəyişiklik və ya prosesin həyata keçirilməsi mümkün deyil. Vaşinqton burada atılacaq addımları Ankara ilə koordinasiya etməkdən başqa çıxış yolu olmadığını görür.Fikir versək, görərik ki, ABŞ və İsrail son zərbələrdən, 12 günlük münaqişədən sonra İranda da istədikləri nəticəni əldə edə bilmədilər. Əksinə, İran bu vəziyyəti fürsət bilərək Rusiya və Çindən aldığı dəstəklə həm hərbi-texniki bazasını inkişaf etdirir, həm də uran ehtiyatlarını zərbələrdən sonra gizli şəkildə daşımaqla potensialının hələ də mövcud olduğunu göstərir. Eyni zamanda, İran artıq regiona yeni və qlobal güclər olan Çin və Rusiyanı da cəlb etmək siyasətini davam etdirir. Bütün bunları nəzərə aldıqda, bir daha görürük ki, Yaxın Şərqin əsas dövlətlərindən biri kimi Türkiyə bu proseslərdə kritik rol oynamaqda davam edir. Tramp isə bölgəyə səfər etməklə proseslərin necə formalaşdığını əyani şəkildə görmək və başa düşmək istəyir ki, burada əslində nə baş verir və ABŞ öz maraqlarını ən optimal formada necə təmin edərək münaqişəni bitirə bilər”.

 

O həmçinin qeyd edib ki,Səfərin regiondakı müttəfiqlər – Səudiyyə Ərəbistanı və İordaniya ilə münasibətlərə təsirinə gəldikdə isə, qeyd etmək lazımdır ki, İordaniya bölgədə ciddi rol oynamayan bir dövlətdir:

 

“İordaniya hazırda Britaniyadan və dolayısı ilə Birləşmiş Ştatlardan asılı olan bir ölkə kimi onların qərarlarına uyğun siyasət yürütməyə çalışacaq. O ki qaldı Səudiyyə Ərəbistanına, bu ölkə artıq bir müddətdir ki, ABŞ-nin Yaxın Şərq siyasətindəki dəyişikliklərə fərqli yanaşmağa çalışır. Son 5–10 il ərzində Səudiyyə Ərəbistanının xarici siyasətində Çinlə əlaqələrin əhəmiyyətli dərəcədə inkişaf etdiyini görürük. Bütün bunlar Amerikanın bölgədə sırf İsrailin maraqlarını önə çəkməsi və ərəblərin mənafelərinə zidd qərarlar qəbul etməsi ilə bağlıdır. Tramp indi anlayır ki, yalnız İsrailmərkəzli siyasət yürütməklə ABŞ bölgədəki digər mühüm müttəfiqlərini – Səudiyyə Ərəbistanı kimi enerji gücünü və Türkiyə kimi hərbi-siyasi gücü itirə bilər. Buna görə də, Trampın səfərinin bölgədə hansı real dəyişiklikləri gətirəcəyini demək üçün hələ tezdir. Çünki bölgədə sülh və sabitlik üçün tam uyğun şərait formalaşmayıb və yaxın müddətdə hərbi münaqişələr səngisə də, diplomatik və siyasi qarşıdurmaların davam edəcəyi gözlənilir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər