ABŞ Prezidenti: İranla danışacağıq
İranın nüvə silahı əldə etməsinə iki ay qalmışdı və ABŞ hərəkətə keçib nüvə təsisatlarını darmadağın edib.
Mövzu ilə bağlı olaraq siyasi şərhçi Xaqani Cəfərli “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ İran ətrafında hərbi gücünü artırır:
“Bir çox ekspertlər İrana qarşı əməliyyatın zaman məsələsi olduğunu bildirirlər. Əgər İrana qarşı iri miqyaslı əməliyyat həyata keçirilsə onun nəticələri bütün coğrafiyanı sirkələyəcək. Beynəlxalq ictimaiyyətin ciddi bir reaksiyası olmayacaq. Hətta ABŞ-nin əməliyyatını dəstəkləyə bilərlər.
Ümumiyyətlə isə, ABŞ-nin hərbi əməliyyatı olmadan da İrandakı teokratik rejimin bu ildən sağ biləcəyi böyük şübhə altındadır. İranın iqtisadiyatı tam çöküb və sosial vəziyyət daha da ağırlaşacaq. Teokratik rejimin ehtifa etdiyi dəyərlərin iflas etməsi də İranda böyük dəyişiklikləri qaçılmaz edir. İrana kənar müdaxilə və ya daxili mübarizə ilə rejim dəyişəcək. Bu isə Suriyadan Pakistana qədər uzanan coğrafiyada zəlzələ effekti yaradacaq”.
Aytac İbrahimova
