ABŞ Prezidenti Suriyanın terrorizmi dəstəkləyən dövlətlərin siyahısından çıxarılacağını açıqlayıb
Amerika Birləşmiş Ştatları (ABŞ) Prezidenti Donald Tramp NATO sammiti çərçivəsində Türkiyənin paytaxtı Ankarada Suriya Prezidenti Əhməd Əl Şaraa ilə görüşüb.
"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, görüş zamanı Tramp Suriyanı Dövlət Departamentinin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxara biləcəyini deyib.
“Niyə çıxarmayım? O, əla iş görüb", - deyə Tramp əlavə edib.
Donald Tramp Suriya Prezidentini qarışıq və çox dağınıq bir ölkəni bir araya gətirən güclü və hörmətli lider adlandırıb.