ABŞ rəsmisi Trampa kursu dəyişməyi çağırıb
Tramp administrasiyasının terrorla mübarizə üzrə yüksək vəzifəli rəsmisi İranla müharibəyə qarşı çıxaraq vəzifəsindən istefa verib və prezidentdən “kursu dəyişməyi” xahiş edib. Çərşənbə axşamı X hesabında paylaşdığı məktubda Milli Terrorla Mübarizə Mərkəzinin direktoru Co Kent bildirib ki, İran ABŞ üçün “heç bir təcili təhlükə yaratmır” və iddia edib ki, Tramp administrasiyası “bu müharibəyə İsrailin və onun güclü Amerika lobisinin təzyiqi ilə başlayıb”.
45 yaşlı Kent ABŞ xüsusi təyinatlı qüvvələri və CIA veteranıdır. Onun həyat yoldaşı, Hərbi Dəniz Qüvvələrinin kriptoloji mütəxəssisi Şennon Kent 2019-cu ildə Suriyada baş verən intihar hücumunda həlak olub. BBC Kentin istefası ilə bağlı Ağ Evə müraciət edib.
BBC
Gövhər Mehyəddinova