00:00:00
Yazar
Admin User
28.01.2026 17:27 47 2 dəq oxuma
Dünya

ABŞ ərazi güzəştləri qarşılığında Ukraynaya təhlükəsizlik zəmanəti təklif edir

ABŞ ərazi güzəştləri qarşılığında Ukraynaya təhlükəsizlik zəmanəti təklif edir

ABŞ Kiyevin bir sıra ərazi güzəştlərini nəzərdə tutan sülh razılaşmasına razılıq verəcəyi təqdirdə Ukraynaya təhlükəsizlik zəmanəti təqdim etməyə hazırdır.

 

Mövzu ilə bağlı siyasi şərhçi Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, sözü gedən sülh təklifi əslində Ukraynanın maraqlarına uyğun deyil:

 

“Lakin hazırki vəziyyəti nəzərə aldıqda daha ağır nəticələrdən xilas olmaq üçün zəruri sayıla bilər. Bu razılaşmanın davamlı olacağı şübhəlidir. Rusiya ilə istənilən rəsmi razılaşmaya tam etibar etmək mümkün deyil. Bu da Ukraynanın gələcək təhlükəsizliyinin uzunmüddətli təmin edilməsini sual altında qoyur. Qlobal güc balansı baxımından ABŞ Rusiyanı əslində Çinin təsirindən xilas edərək özünə çəkmək istəyir. Ona görə bu cür güzəştli təkliflərə əl atır, çünki Çinin ABŞ üçün Rusiyadan daha ciddi rəqib olduğu məlumdur. Əgər Rusiya ilə Çin daha da yaxınlaşarsa, bu, ABŞ üçün arzuedilməz olacaq. Avropa İttifaqı və NATO-nun rolunu ABŞ ikinci plana keçirmək istəyir. Bu təklif reallaşarsa Ukraynaya verilən təhlükəsizlik zəmanəti yalnız Donald Trampın hakimiyyəti dövründə yararlı ola bilər. Ancaq bu dövrdə ABŞ Rusiyanı Çindən uzaqlaşdıra bilsə, həmçinin İran kimi müttəfiqlərini hərtərəf etsə vəziyyət fərqli ola bilər. Hər halda indiki gərgin zamanda sözü gedən təklif ən optimal çıxış yoludur. Həqiqət odur ki, Avropa İttifaqı Ukraynanı Rusiya qarşısında məğlub duruma salacaq siyasət izlədi. Sadəcə müəyyən dəstək verməklə vəzifəsini bitmiş saydı və hazırda mövcud problemi ABŞ həll etmək üzrə çalışır. Bu da şübhəsiz ki, irəlidəki proseslərdə Avropa İttifaqının ikinci planda olacağını xəbər verir”. 

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər