00:00:00
Yazar
Səadət Əlizadə
26.03.2026 20:22 14 1 dəq oxuma
Dünya

ABŞ Rusiyaya qarşı bir sıra sanksiyaların müddətini daha bir il uzadıb

ABŞ Rusiyaya qarşı bir sıra sanksiyaların müddətini daha bir il uzadıb

ABŞ Prezidenti Donald Tramp Moskvanın Amerika seçki proseslərinə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumu səbəbindən Rusiyaya qarşı tətbiq edilən ayrı-ayrı sanksiyaların müddətini bir il uzadıb.

 

"İnformator.azxəbər verir ki, bu barədə məlumat ABŞ hökumətinin rəsmi sənədlərinin federal reyestrində öz əksini tapıb.

 

Qeyd olunub ki, Rusiyanın fəaliyyəti ABŞ-nin milli təhlükəsizliyi, xarici siyasəti və iqtisadiyyatı üçün qeyri-adi və fövqəladə təhlükə yaradır.

"Bu səbəbdən 14024 saylı fərmanla elan edilən sanksiyalarla bağlı fövqəladə vəziyyət 15 aprel 2026-cı ildən sonra da qüvvədə qalmalıdır", - məlumatda bildirilib.

#xəbər #yeni #qarşı #gündəm #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər