00:00:00
Yazar
Ayşən Səlimova
27.03.2026 19:55 61 2 dəq oxuma
Dünya

ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

ABŞ Rusiyaya qarşı sanksiyaları bir il uzadıb

ABŞ Prezidenti Donald Tramp Moskvanın ABŞ seçki proseslərinə müdaxiləsi və Ukraynaya genişmiqyaslı hücumu səbəbindən tətbiq edilmiş sanksiyaların müddətini bir il uzadıb. Federal reyestrdə yayımlanan məlumatda sanksiyaların 15 aprel 2026-cı ildən sonra da qüvvədə qalacağı bildirilib. ABŞ Rusiyanın fəaliyyətini milli təhlükəsizlik və iqtisadiyyat üçün fövqəladə təhlükə hesab edir.

 

 

Mövzu ilə bağlı siyasi şərhçi Taleh Əliyev “İnformator.az” a açıqlamasında bildirib ki, Donald Trump tərəfindən vaxtilə Rusiyaya tətbiq olunmuş sanksiyaların müddətinin yenidən uzadılması ilə bağlı qərar qəbul edilib:

 

 

“Bu qərarın beynəlxalq enerji və maliyyə bazarlarına nə ciddi müsbət, nə də mənfi təsiri olacaq. Çünki sanksiyaların müddətinin uzadılması yeni bir vəziyyət yaratmır. Eyni zamanda Rusiya bu addıma cavab olaraq ABŞ-yə qarşı ciddi və adekvat tədbirlər görmək imkanına malikdir. Rusiya tərəfi bu qərarı United States Government vasitəsilə əvvəlki hakimiyyət dövründə qəbul edilmiş qərarların davamı və Amerika qanunvericiliyinin tələbi kimi izah edir. Mümkündür ki, Rusiya bu qərara qarşı təsirli cavab verməkdən yayınsın. Çünki rəsmi Moskva anlayır ki, əgər bu məsələdə sərt mövqe tutarsa, bu, ABŞ vasitəsilə daha sərt siyasətə səbəb ola bilər. Hazırkı həssas geosiyasi şəraitdə bu, Rusiya üçün arzuolunan deyil. ABŞ-Rusiya diplomatik münasibətlərinə təsir baxımından Rusiya tərəfi müəyyən mənada məcburi şəkildə ABŞ-nin mövcud davranışlarına daha dözümlü yanaşmalıdır. Çünki Rusiyanın ABŞ-yə qarşı birbaşa təsir və təzyiq imkanları ya məhduddur, ya da kifayət qədər effektiv deyil. Bu səbəbdən Rusiya bu qərarı daha çox görməzlikdən gəlməyə çalışacaq və onu əvvəlki administrasiyanın qərarı kimi təqdim edəcək. Həmçinin vurğulayacaq ki, yeni siyasi və hüquqi şərait yaranmadığı üçün sanksiyaların uzadılması hüquqi baxımdan əsaslıdır. bu məsələlərdə ciddi dəyişiklik baş vermədiyi müddətdə ABŞ-nin sanksiyaları ləğv etməsi və ya yumşaltması real görünmür. Bu baxımdan Rusiya tərəfinin daha ehtiyatlı və təmkinli davranmağa üstünlük verəcəyi gözlənilir”.

 

Selcan Xudiyeva

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər