00:00:00
Yazar
Admin User
30.12.2025 05:38 85 1 dəq oxuma
Dünya

ABŞ Sakit okeanda narkokartel gəmisinə zərbə endirib

ABŞ Sakit okeanda narkokartel gəmisinə zərbə endirib

 

ABŞ hərbçiləri Sakit okeanın şərq hissəsində, beynəlxalq sularda narkokartel üzvləri tərəfindən istifadə edilən gəmiyə zərbə endirib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

 

"Kəşfiyyat təsdiq edib ki, gəmi Sakit okeanın şərq hissəsində məlum narkotik qaçaqmalçılığı marşrutu ilə hərəkət edib və narkotrafik üçün istifadə olunub", - deyə paylaşımda qeyd olunub. Məlumatda həmçinin zərbə nəticəsində iki nəfərin öldüyünün təsdiqləndiyi bildirilib.

 

Komandanlıq qeyd edib ki, "Cənub nizəsi" (Southern Spear) əməliyyatının Birləşmiş Əməliyyat Qrupu zərbəni dekabrın 29-da müharibə naziri Pit Heqsetin göstərişi ilə həyata keçirib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər