ABŞ Senatı hökumətin maliyyələşdirilməsini təsdiqləyib
ABŞ Konqresinin Senatı ölkədə sentyabrın 30-da başa çatacaq maliyyə ilinin sonunadək federal hökumətin fəaliyyətinin maliyyələşdirilməsinə dair qanun layihələri paketini qəbul edib.
"İnformator.az" xəbər verir ki, yanvarın 30-da qanunverici orqanın yuxarı palatasındakı səsverməni "C-SPAN" telekanalı canlı yayımlayıb.
Sənədlər paketinin lehinə senatın 71 üzvü, əleyhinə isə 29 nəfər səs verib. Əvvəllər qanunvericilər hökumətin maliyyələşdirilməsi tədbirlər paketinin irəli sürülməsi barədə razılığa gəlmişdilər, lakin bu şərtlə ki, ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin fəaliyyətinə vəsait ayrılmasını nəzərdə tutan qanun layihəsi həmin paketdən çıxarılsın.
