00:00:00
Yazar
Admin User
16.01.2026 16:54 214 1 dəq oxuma
Dünya

ABŞ senatoru:

ABŞ senatoru:

Bunu amerikalı respublikaçı senator Lindsi Qrem deyib. Senatorun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Ukraynadakı qanlı qırğını sabiq prezidentlər Barak Obama və Co Baydenin bacarmadığı kimi ləyaqətli və ədalətli şəkildə dayandırmaq istəyir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ lideri Trampın bəzən Rusiyaya meylli açıqlamaları əslində reallığı əks etdirir:


“O, ümumiyyətlə Ukrayna müharibəsinin başlamasını əsassız və gedişatını zərərli sayır. Həmişə də əvvəlki rəhbərliyi təqsirləndirir. Hazırda gedən proseslər və çalışmalar da həqiqətən Rusiyanı mükafatlandırmamaq mahiyyəti daşıyır. Ukrayna onsuz da qazanclı çıxa bilməz. Lakin Rusiya da qalib çıxmamalıdır. Bunun üçün də hələ zəmin hazır deyil. Şərtlər tam hazır olmadığı üçün hələ proses uzanır. Qərbin, əsasən Avropa ölkələrinin Ukrayna məsələsində siyasətini düzgün qurmaması ABŞ ilə də ziddiyyətlərə gətirib çıxarıb və Ukraynanın Rusiya və müttəfiqləri qarşısında ağır duruma salıb. Hazırda ABŞ Ukraynanı bu vəziyyətdən çıxarmaq uğrunda çalışır. Əslində Venesuelaya və İrana qarşı təzyiqlər və məlum hadisələr də dolayı yolla həm də Rusiyanın müttəfiqlərini sıradan çıxarmaq deməkdir. Bu proses nəticədə Rusiyanın həm iqtisadiyyatına, həm də siyasi nüfuzuna tənəzzül gətirəcək ki, ABŞ-nin reallığa uyğun hazırladığı Ukrayna şərtlərinə razı olması ilə nəticələnəcək”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər