ABŞ Səhiyyə Nazirliyi dövlət qrantlarının tətbiqini dayandırıb
ABŞ Səhiyyə və İnsan Xidmətləri Nazirliyi hökumətin təxminən 5 milyard dollarlıq ictimai səhiyyə qrantlarının verilməsini dayandırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə "Bloomberg News" məlumat yayıb.
Qeyd olunub ki, artıq nazirlik ştatlara və tərəfdaşlara səhiyyə maliyyələşdirmə proqramlarının dayandırılması barədə bildirişlər göndərib.
"Reuters" vəziyyətlə bağlı şərh almaq üçün sorğu göndərsə də, qurum dərhal cavab verməyib.
Departament sözçüsü daha sonra "Bloomberg"ə bildirib ki, müvəqqəti fasilə yeni yoxlama prosesinin tətbiqi və vəsaitlərin yalnız təyinatı üzrə istifadə olunmasını təmin etmək üçün zəruridir.
Qeyd edək ki, ictimai səhiyyə infrastrukturunun inkişafı üçün qrantlar beş il müddətinə verilir və müvafiq qurumların insan resurslarını dəstəkləmək, eləcə də məlumatların emalı və təhlili sistemlərini modernləşdirmək üçün nəzərdə tutulub.
