00:00:00
Yazar
Admin User
30.12.2025 17:18 76 1 dəq oxuma
Dünya

“ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edib”

“ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edib”

Ukrayna Prezidenti Vladimir Zelenski bazar günü Floridada Donald Trampla yenidən işlənmiş sülh planı ilə bağlı danışıqları zamanı deyib ki, ABŞ Ukraynaya 15 illik təhlükəsizlik zəmanəti təklif edib.

 

ABŞ Prezidenti Donald Tramp bu məsələ ilə bağlı razılaşmanın “təxminən 95 faiz” tamamlandığını desə də, Ukrayna lideri 50 ilə qədər zəmanət istədiyini bildirib. Zelenski ərazi məsələlərini və Rusiya tərəfindən işğal olunmuş Zaporojjia AES-i həll olunmamış sonuncu problem kimi sadalayıb, lakin Ukraynanın mübahisəli Donbas bölgəsinin gələcəyi haqqında çox az danışıb.

 

Rusiya daha əvvəl planın əsas hissələrini rədd edib, lakin Kremlin sözçüsü bazar ertəsi Trampın sülhün yaxın olduğu barədə qiymətləndirməsi ilə razılaşdığını bildirib.

 

BBC News 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər