00:00:00
Yazar
Elmira Ağayeva
08.06.2026 19:56 27 1 dəq oxuma
Siyasət

ABŞ və İran diplomatik həll variantını masadan qaldırmayıb”-ŞƏRH

“ABŞ və İran diplomatik həll variantını masadan qaldırmayıb”-ŞƏRH

İran Silahlı Qüvvələri istənilən mümkün hücuma cavab verəcək”.
Bunu İranın Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai deyib.

 

Mövzu ilə bağlı politoloq Ülviyyə Zülfüqar “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ və İran arasında birbaşa təmasların məhdud olduğu şəraitdə üçüncü tərəf vasitəçilərinin rolu xüsusi əhəmiyyət daşıyır:

 

“Pakistanın bu prosesdə adı hallanırsa, bu, həm onun İranla coğrafi və siyasi yaxınlığı, həm də Vaşinqtonla dialoq kanallarını qoruyub saxlaması ilə əlaqədardır. Lakin əsas məsələ tərəflərin danışıqları tamamilə dayandırmamaq niyyətidir. Çünki Yaxın Şərqdə gərginliyin yenidən hərbi mərhələyə keçməsi təkcə region üçün deyil, enerji bazarları və beynəlxalq təhlükəsizlik sistemi üçün də ciddi nəticələr yarada bilər. Bu baxımdan, dolayı danışıqların davam etməsi tərəflərin hələ də diplomatik həll variantını masadan qaldırmadığını göstərir.
İranın uranın zənginləşdirilməsi hüququnun tanınması tələbi isə nüvə danışıqlarının ən həssas məsələlərindən biridir. Məhz bu məsələ tərəflər arasında əsas fikir ayrılığı olaraq qalır. Əgər burada kompromis tapılmazsa, danışıqların növbəti mərhələyə keçməsi çətin görünür”.


Nuray Əliyeva

#İran #ABŞ
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər