ABŞ və Rusiya BMT-də Ukrayna qətnaməsinə qarşı səs verdi
ABŞ BMT Baş Assambleyasında Rusiyanın Ukraynaya qarşı müharibəsini pisləyən qətnaməyə qarşı səs verərək, illərlə davam edən siyasətindən kəskin dönüş edib.
Avropa müttəfiqlərinin dəstəklədiyi qətnamə 93 lehinə səslə qəbul edilib və Rusiyanın Ukraynadan tam və qeyd-şərtsiz çıxmasını tələb edib. Bundan əlavə, ABŞ BMT Təhlükəsizlik Şurasına öz qətnaməsini təqdim edib. Bu sənəddə nə Rusiya aqressor kimi göstərilib, nə də Ukraynanın ərazi bütövlüyü qeyd olunub. Qətnamə “münaqişənin tezliklə bitməsinə” çağırıb və Rusiya dəstəkləyərək qəbul edilib.
Avropa diplomatları bu addımı tənqid edərək bildirdilər ki, “sülh yalnız ədalətli və beynəlxalq hüququn prinsiplərinə uyğun olmalıdır.” Fransa və Britaniya səfirləri vurğulayıb ki, Rusiya bu müharibənin aqressorudur və sülh yalnız Ukraynanın razılığı ilə mümkün ola bilər.
CNN News
Aydan Quliyeva