00:00:00
Yazar
Elmira Ağayeva
15.06.2026 20:37 108 2 dəq oxuma
Siyasət

ABŞ və Ukrayna liderləri müharibənin taleyini müzakirə edib”

“ABŞ və Ukrayna liderləri müharibənin taleyini müzakirə edib”

Ukrayna Prezidenti Vladimir Zelenski ilə ABŞ Prezidenti Donald Tramp arasında telefon danışığı baş tutub.
Bu barədə Ukrayna Prezidentinin kommunikasiya üzrə müşaviri Dmitri Litvin məlumat verib.

 


Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, ABŞ Prezidenti Donald Tramp və Ukrayna lideri Volodimir Zelenski arasında baş tutan son telefon danışıqlarında əsasən Ukraynadakı müharibənin gedişatı, sülhün bərqərar olması istiqamətində diplomatik səylər, hava hücumundan müdafiə sistemləri, hərbi sənayedə birgə layihələr və atəşkəs variantları müzakirə edilib:



“Danışıq əsasən Trampın doğum gününün təbrik etmək xarakteri daşısada, 40 dəqiqədən artıq davam etməsi məlumdur ki, Ukrayna mövzusunu da kənarda qoymayıb. Lakin Ukrayna və ABŞ liderləri arasında aparılan danışıqlar əsasən sülh və nizamlanma mövzularını əhatə edib. Dövlət liderləri müharibənin dayandırılması üçün güc tətbiqi, o cümlədən iqtisadi təzyiqlər kimi müxtəlif variantları müzakirə ediblər. Eyni zamanda paralel olaraq Putin telefon danışığında Trampa bildirib ki, Ukraynanın Rusiyanın mülki infrastrukturuna zərbə endirməsi heç nəyi dəyişə bilməz. Zelenski isə Ukrayna tərəfinin cəbhədəki son vəziyyəti barədə ABŞ Prezidentinə məlumat verib. Bunlarla yanaşı danışıqda ABŞ-nin Ukraynaya havadan müdafiə vasitələri ilə təminatı, dron texnologiyaları sahəsində birgə silah istehsalı və qarşılıqlı investisiyalar əsas gündəm mövzularından olub. Əlavə şərhlərə görə danışıqlar həmçinin Fransada keçirilən G7 Sammiti ərəfəsində ideyaların təhlili və Qərb tərəfdaşları ilə birgə təhlükəsizlik təminatlarının müzakirəsi məqsədilə baş tutub. Təbii ki, Rusiya ilə müharibənin dayandırılması, münaqişənin bitməsi və ümumi prinsiplərə əsasən problemin həlli prosesinə bu kimi danışıqlar müəyyən təsir göstərə bilər. Ancaq burada əsas olan Ukrayna və Rusiya liderlərinin özlərinin ortaq məxrəcə gəlməsi məsələsidir. Reallıq ondan ibarətdir ki, hələ bu mərhələ başlamayıb. ABŞ lideri ilə danışıqların motivləri əsasən silah tədarükü məsələsini ehtiva etdiyi üçün münaqişənin həlli istiqamətində real addımlar atılacağı sual altındadır”.

 

Nuray Əliyeva

#ABŞ #Ukrayna
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər