ABŞ Venesuela əməliyyatına 3 milyard dollar sərf edib
ABŞ Venesuela ətrafında həyata keçirilən əməliyyatlara təxminən 3 milyard dollar sərf edib.
"İnformator.az" xəbər verir ki, bu barədə "Blumberq" agentliyi yazıb.
“Venesuela ətrafındakı əməliyyatlarda ABŞ Hərbi Dəniz Qüvvələrinin təxminən beşdə biri iştirak edib və xərclər gündə 20 milyon dollardan çox olub. Trampın Karib bölgəsində hərbi gücü artırmaq xərcləri təxminən 3 milyard dollara çatıb”, - məlumatda bildirilib.
