00:00:00
Yazar
Admin User
03.01.2026 14:20 82 1 dəq oxuma
Dünya

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulduğunu açıqlayıb

ABŞ Venesuela Prezidenti Nikolas Maduronun tutulduğunu açıqlayıb

ABŞ Prezidenti Donald Tramp Cənubi Amerika ölkəsinə qarşı genişmiqyaslı zərbədən sonra Venesuela Prezidenti Nikolas Maduronun tutulduğunu bildirib.

Trampın sözlərinə görə, Venesuelanın solçu prezidenti və həyat yoldaşı ABŞ hüquq-mühafizə orqanları ilə birgə həyata keçirilən hərbi əməliyyat çərçivəsində ölkədən çıxarılıb. Onlara Nyu-Yorkda narkotik və silahlarla bağlı ittihamlar irəli sürülüb.

Bu hadisə şənbə günü səhər tezdən paytaxt Karakasda, o cümlədən hərbi bazalarda partlayışların qeydə alınmasından sonra baş verib.

Venesuela hökuməti Maduronun sağ olduğuna dair sübut tələb edib. Silahlı qüvvələrini səfərbər edərək ölkədə fövqəladə vəziyyət elan edib.

Maduronun tutulması iki ölkə arasında gərginliyin artdığı bir vaxta təsadüf edir. Vaşinqton Karib dənizində narkotik daşınmasında istifadə edildiyini iddia etdiyi gəmilərə zərbələr endirib.


BBC NEWS
Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər