ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuşları məhdudlaşdırıb
ABŞ Venesuela və Karib hövzəsi üzərində uçuş məhdudiyyətlərinin olduğunu təsdiqləyib.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ-nin nəqliyyat naziri Şon Daffi sosial şəbəkədə məlumat verib.
"Bu gün səhər tezdən Müdafiə Nazirliyinə dəstək olaraq Federal Aviasiya Administrasiyası (FAA) hava səyahətçilərinin təhlükəsizliyini təmin etmək üçün Karib dənizində və Venesuela üzərində hava məkanından istifadəni məhdudlaşdırıb" - deyə, bəyanatda vurğulanıb.
Daffinin sözlərinə görə, "məhdudiyyətlər vaxtında aradan qaldırılacaq".
